Banner
Banner

Xəbərlər

TƏBİB karantin rejimiylə bağlı açıqlama – YAYDI

TƏBİB karantin rejimiylə bağlı açıqlama – YAYDI
12:27 13 Mart 2021

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı xəbərlərə dair açıqlama yayıb.

Tibb.fed.az bildirir ki, açıqlamada son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bayram ərəfəsində TƏBİB-in  karantin rejimini sərtləşdirəcəyi ilə bağlı şayiələrə aydınlıq gətirilib. Açıqlamada bu məsələnin TƏBİB-in səlahiyyətlərinə aid olmadığı vurğulanır: “Bununla bağlı bildiririk ki, karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulu birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ deyil. Başqa sözlə, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinə ilə bağlı tövsiyələr verir.

Bütün bunlarla bərabər,vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner