Banner
Banner

Xəbərlər

TƏBİB-dən COVID xəstələri və həkimlərə - MÜRACİƏT

TƏBİB-dən COVID xəstələri və həkimlərə - MÜRACİƏT
10:06 6 Aprel 2021

TƏBİB "COVID-19" xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib.

Tibb.fed.az-a TƏBİB-dən verilən məlumata görə, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və  müalicənin doğru aparılmadığı hallarına rast gəlinir: "Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də  vətəndaşların  fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik”.

https://its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

https://its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner