Banner
Banner

Xəbərlər

Tanınmış anestezioloqun “həkimlərin 80%-nin praktik və nəzəri bilikləri lazımi səviyyədə deyil” – ŞOK AÇIQLAMASI

Tanınmış anestezioloqun  “həkimlərin 80%-nin praktik və nəzəri bilikləri lazımi səviyyədə deyil” – ŞOK AÇIQLAMASI
11:13 6 Aprel 2021

“İndi orda-burda topladığınız o mənasız ballı qozlu sertifikatlarınızı, xaricdəki konfranslardakı reklam üçün çəkdirdiyiniz şəkilləri düzün ağır xəstənin üstünə, görün müalicə edə bilirsinizmi?”.

Tibb.fed.az bildirir ki, anestezioloq-reanimatoloq Şahin Məmmədov ölkədə COVID-dən ölüm faizinin yüksək olmasının səbəbini belə izah edib: “Bunu yazmaq istəməzdim, amma daha uşaq da bunu görür, bilir ki  bizdə həkimlərin 80%-nin praktik və nəzəri bilikləri lazımi səviyyədə deyil. Bunun günahını açığı təkcə həkimlərdə görmürəm”. Həkimin fikrincə, tibb təhsili, həkimlərin təkmilləşdirilməsinin səviyyəsi yüngül ifadədəqaneedici deyil: “Gizlətməyin mənası qalmayıb. Həkimlərin çoxu heç elementar qan analizini, kardioqrammanı, süni tənəffüs aparatını lazımi səviyyədə  bilmir və beləcə COVID müalicəsinə cəlb ediliblər.

Əvvəllər mənim enerjim, səbrim, vaxtım çox olanda su duz, turşu qələvi, süni tənəffüs aparatından tutmuş reanimasiyanın bütün sahələrindən qruplar yığırdım, kurslar deyirdim. Həmin vaxtlar gərək hamı iştrak edərdi.

Elan verirdim, bəziləri sual soruşurdu ki sertifikat verirsiz? Sizin sertifikatın balı var? Əsəbləşib blok edirdim həmin adamı ki, beləsinə elm öyrənmək maraqlı deyil. Mövzuları soruşmaqdan sertifikatın balını soruşur. İndi orda-burda topladığınız o mənasız ballı qozlu sertifikatlarınızı, xaricdəki konfranslardakı reklam üçün çəkdirdiyiniz şəkilləri düzün ağır xəstənin üstünə, görün müalicə edə bilirsinizmi?”.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner