Banner
Banner

Xəbərlər

“Sputnik V” peyvəndinin Azərbaycanda istifadəsi rəsmi – TƏSDİQLƏNDİ  

“Sputnik V” peyvəndinin Azərbaycanda istifadəsi rəsmi – TƏSDİQLƏNDİ   
18:20 12 Mart 2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınmışdır və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

Qeyd edək ki, martın 11-də Azərbaycanın Baş naziri Əli Əsədov Baş nazir Əli Əsədov Rusiyanın 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana  180 (yüz səksən) gün müddətində idxalının həyata keçirilməsinə dair sərəncam imzalayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner