Banner
Banner

Xəbərlər

Səhiyyə sistemi 2020-ci ildə korrupsiyaya görə şikayət edilən ilk - 4-DƏN BİRİ OLUB

Səhiyyə sistemi 2020-ci ildə korrupsiyaya görə şikayət edilən ilk - 4-DƏN BİRİ OLUB
23:35 9 Mart 2021

2020-ci ildə korrupsiyaya görə şikayət edilən qurumlar içərisində səhiyyə - 4-cü yerdə olub

Tibb.fed.az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında korrupsiyaya görə ən çox şikayət edilən qurumlar  açıqlanıb. Şikayətlərin 564-ü səhiyyə sahəsindən olub. Bu rəqəmlə səhiyyə ümumi şikayət edilən qurumlar arasında 4-cü yerdə qərarlaşıb. Korrupsiyaya görə ən çox şikayət edilən ilk qurum Daxili İşlər Nazirliyi olub – 779 şikayət. Daha sonra 656 şikayətlə yerli icra hakimiyyəti orqanları, 654 şikayətlə isə sosial müdafiə sahəsi gəlir. 564 müraciət isə səhiyyədəki korrupsiya halları ilə bağlı daxil olub. Korrupsiya halları ilə bağlı ən az şikayət isə kənd təsərrüfatı və bank sektorundan olub.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner