Banner
Banner

Xəbərlər

Onlayn növbə tutmayan vətəndaşlar tibb məntəqələrində növbələrə - SƏBƏB OLUBLAR

Onlayn növbə tutmayan vətəndaşlar tibb məntəqələrində növbələrə - SƏBƏB OLUBLAR
11:01 6 Mart 2021

“Koronavirus xəstəliyi əleyhinə vaksinasiya olunmaq istəyənlərin onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət etməsi tibb müəssisələrində sıxlığa səbəb olur”. Tibb.fed.az bildirir ki, bununla əlaqədar Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara xidmət göstərməli olduqları üçün növbələr yaranır. Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur. Tibb məntəqələrində yorusu növbələrdə dayanmamaq üçün vaksinasiya üçün müraciət edən 50 yaşdan yuxarı şəxslərin https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmələri məsləhət görülür.

“Bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar” müraciətdə deyilir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər üçün isə ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi imkanları yaradılıb. 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner