Banner
Banner

Xəbərlər

Saxta əlilin qadın həkimi döyməsi faktı ilə bağlı - CİNAYƏT İŞİ BAŞLANILDI

Saxta əlilin qadın həkimi döyməsi faktı ilə bağlı - CİNAYƏT İŞİ BAŞLANILDI
15:41 8 İyun 2021

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.

Tibb.fed.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a məlumat verilib. Məlumata görə, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner