Banner
Banner

Xəbərlər

"İRS” folklor ansamblının bədii rəhbəri və ailə üzvləri COVİD-19-un - QURBANI OLDULAR

"İRS” folklor ansamblının bədii rəhbəri və ailə üzvləri COVİD-19-un - QURBANI OLDULAR
17:42 12 Aprel 2021

"İRS” folklor ansamblınnın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev COVID-19-dan dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkədə yazıb.

Tibb.fed.az Report-a istinadən S.Mustafayevin uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkdiyini bildirir.

Qeyd edək ki, əməkdar mədəniyyət işçisinin həyat yoldaşı Fəridə Mustafayeva bir neçə gün əvvəl, qızı Təravət isə ötən il noyabr ayında COVID-19-dan vəfat ediblər.

Qeyd edək ki, S.Mustafayev 24 fevral 1941-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 1976-cı ildə Rəşid Nəsiboğlu ilə Balaxanı qəsəbəsində qədim alətlərdən ibarət olan "İRS” folklor ansamblı yaradıblar. Vaxtilə "İRS” ansanblı ilə Türkiyəyə, İsveçrəyə, İrana, dünyanın bir çox ölkələrinə səfərlər ediblər.

2011-ci ildə Sidqi Mustafayev "Ən vətənpərvər ansambl rəhbəri" nominasiyasında qızıl medala layiq görülüb. 14 sentyabr 2015-ci ildə "Əməkdar Mədəniyyət işçisi ” adına layiq görülüb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner