Banner
Banner

Xəbərlər

"Hindistan ştammı dünyanın əvvəllər qarşılaşmadığı daha güclü bir pandemiya partlayışına səbəb ola bilər" – ALİMDƏN AÇIQLAMA

"Hindistan ştammı dünyanın əvvəllər qarşılaşmadığı daha güclü bir pandemiya partlayışına səbəb ola bilər" – ALİMDƏN AÇIQLAMA
14:29 31 May 2021

“Hindistan ştammı daha ağır pandemiyaya səbəb ola bilər”.

Tibb.fed.az Sinqapur Milli Universitetinin So Svi Huk İctimai Səhiyyə Məktəbinin dekanı, professor Tek İk İnin bununla bağlı “The Straits Times” qəzetində dərc olunan fikirlərinə istinadla bildirir

Sinqapitlu alim bu ştammın cəmiyyətdə yayılma sürətini xüsusilə qeyd edib və bildirib ki, virus mütəxəssislərin yoluxmuş insanları vaxtında izləmək, təcrid etmək və yoluxma zəncirini qırmaq qabiliyyətini üstələyir: “B.1.617.2 ştamı dünyanın əvvəllər qarşılaşmadığı daha güclü bir pandemiya partlayışına səbəb ola bilər”.

Mütəxəssis eyni zamanda, pandemiya üzərində nəzarətin zəif olduğu ölkələrdə yeni, daha yoluxucu virus növlərinin meydana çıxma ehtimalı barədə xəbərdarlıq edib.

“Hətta koronavirusla effektiv mübarizə aparan Vyetnam belə yeni yoluxmalarla qarşılaşıb və orada səlahiyyətli şəxslər Britaniya və Hindistan ştammlarının hibridi olan yeni bir virus variantını aşkar ediblər”, – Tek İk İn deyib.

Alim bu vəziyyətdə peyvəndin ən effektiv vasitə olduğunu deyib.

Qeyd edək ki, Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi 2021-ci ilin mart ayının sonunda ölkədə yeni koronavirus növünün aşkarlandığını açıqlamışdı.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner