Banner
Banner

Xəbərlər

"AstraZeneca" vaksininin aqibəti yaxın günlərdə  – BƏLLİ OLACAQ

"AstraZeneca" vaksininin aqibəti yaxın günlərdə  – BƏLLİ OLACAQ
21:37 16 Mart 2021

COVID-19-a qarşı “AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı heç bir sübut yoxdur.

Tibb.fed.az xarici mətbuata istnadən yazır ki, Avropa Dərman Agentliyinin rəhbəri Emer Kooki martın 15-də istifadəsi müvəqqəti dayandırılan COVID-19-a qarşı “AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olub-olmadığı hələ tam müəyyənləşdirilməyib.

“Agentlik hələ də “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında göstərdiyi faydaların, onun yan təsirlərindən çox olduğuna qətiyyətlə əmindir”, - deyə o qeyd edib.

Avropa Dərman Agentliyinin rəhbəri vurğulayıb ki, peyvənd vurulandan sonra qanda laxtalanmanın yaranmasına dair iddialar araşdırılır və martın 18-də araşdırmanın nəticələri təqdim olunacaq.

Qeyd edək ki, Almaniya, Fransa və İtaliya da daxil olmaqla, 11-dək Avropa ölkəsi sağlamlıq təhlükəsi ilə əlaqədar “AstraZeneca”nın istifadəsini dayandırıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner