Banner
Banner

Xəbərlər

“Qocaları COVİD-lə qorxutmayın” – HƏKİM ÇAĞIRIŞ ETDİ

“Qocaları COVİD-lə qorxutmayın” – HƏKİM ÇAĞIRIŞ ETDİ
12:07 1 May 2021

COVİD-19 yayıldığı gündən bəri yaşlı insanların ən ciddi risk qrupu olmasiyla bağlı məlumatlar yayılır. Lakin azərbaycanlı həkim bu qənaəti alt-üst edən açıqlama ilə çıxış edib.

Tibb.fed.az tanınmış anestezioloq Şahin Məmmədovun “böyükləri qorxutmayın, panika yaratmayın. Onların orqanizmi bir çox cavanlardan daha güclüdür” dediyini bildirir.

Həkimin sözlərinə görə, indiki insanlar hətta dünyaya gəlməmişdən qabaq, ana bətnində olarkən belə dərman içməyə başlayırlar. Dərman müalicəsi ilə doğulurlar, dərmanla böyüyürlər. Hər xırda problem üçün dərmana qaçırlar.

“Əvvəllər bu qədər aptek var idi? O vaxt insanlar xəstələnəndə yalnız təbii vasitələrlə sağalırdı. Kərə yağı və keyfiyyətli qidalarla qidalanırdılar. Əvvəl stress də bu qədər çox deyildi. Ona görə də yaşlı adamların COVİD-ə qalib gəlmələri mənə təəcüblü gəlmir”. Göz xəstələrinə narkoz verdiyini yaşlı adamların daha dözümlü olduqlarını və narkozdan daha tez ayıldıqlarını bildirib.

“Çoxsaylı ahıl yaşında COVID xəstələrim oldu, hamısı da şükür ki, evdə rahat müalicə olundular. Ona görə de heç vaxt düşünməyin ki yaş çoxdursa və COVİD-ə yoluxdusa, demək hər şeyin sonudu. Allah heç bir ailəni ağbirçəksiz, ağsaqqalsız etməsin. Xüsusən məhşur insanların COVİD-dən ölümü mediada geniş işıqlandırılır deyə, yaşlılarda güclü qorxu, stress yaradır, COVİD-ə yoluxduqları halda isə müalicəyə inanmırlar, ruh düşkünlüyü hiss edilir. Böyükləri qorxutmayın, panika yaratmayın. Onların orqanizmi bir çox cavandan daha güclüdür”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner