Banner
Banner

Xəbərlər

Qazi və şəhid ailələri psixoloji yardım üçün hara – MÜRACİƏT EDƏ BİLƏRLƏR?

Qazi və şəhid ailələri psixoloji yardım üçün hara – MÜRACİƏT EDƏ BİLƏRLƏR?
12:33 20 Aprel 2021

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov qazilər və şəhid ailələrinə xidmət göstərən Psixoloji Mərkəzlərin fəaliyyəti haqqında məlumat verib.

Tibb.fed.az bildirir ki, Fuad İsmayılov Nazirlər Kabinetinin Qərarı ilə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə Komissiya yaradıldığını söyləyib. Onun sözlərinə görə, hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mərkəzlərin yaradılması barəsində verilən göstərişə uyğun olaraq hazırda Bakı şəhərində və bölgələrdə bütün mərkəzlər fəaliyyətə başlayıb. Psixi Sağlamlıq Mərkəzinin rəhbəri qeyd eedib ki, Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq Mərkəzinin başçılığı ilə koordinasiya qrupu yaradılıb: ”Mütəxəssis seçimi, müəssisə seçimi, təlimlərin təşkili, elekron baza məlumatların işlənməsi, digər dövlət qurumları ilə əməkdaşlığın koordinasiyası və hesabat sistemi kimi mühim addımlardan ibarət fəaliyyət planı işlənib hazırlanıb. Bu müddət ərzində FHN, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ƏƏSMN və digər dövlət strukturlarının nümayəndələri ilə çox saylı görüşlər keçirilib. Görülən işlərin nəticəsində 15 martdan etibarən psixoloji yardım mərkəzləri qazi və şəhid ailələrinə xidmət göstərməyə başlayıb”.

Psixoloji yardım mərkəzləri Ağdam, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində mərkəzi rayon xəstəxanalarının ambulator şöbəsində yaradılıb. Həmin mərkəzlər Gəncə şəhərində 6 saylı, Sumqayıt şəhərində 3 saylı poliklinikada yerləşir. Bakı şəhəri üzrə psixoloji yardım mərkəzləri ATU-nin Tədris Terapevtik Klinikasının nəzdində, Xətai rayonu 7 saylı poliklinika, Yasamal rayonu 16 saylı poliklinika və Qaradağ rayonu 19 saylı BŞX-da fəaliyyət göstərir. Bununla yanaşı Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri aktiv şəkildə psixoloji yardım göstərməkdə iştirak edirlər. Bütün mərkəzlərin iş prinsipi ərazi üzrə işlənib, yəni hər mərkəz yaxın rayonlarda yaşayan qazilərə yardım göstərir.

Mərkəzlərdə istənilən müraciət edən qazi və şəhid ailəsi üzvünə yardım göstərilir. “Həmçinin onlar digər dövlət qurumları tərəfindən də yönləndirilə bilər. Məsələn, onlar FHN-nin 112 qaynar xətt xidməti tərəfindən yönləndirilə bilər. Eyni zamanda yönləndirməni ərazi poliklinikası, sosial xidmətlər və digər qurumlar yerinə yetirir” deyə Mərkəz rəhbəri bildirib.

F.ismayılov açıqlayıb ki, hazırda müxtəlif müəssisələr tərəfindən həftəlik təxminən 500 qaziyə yardım göstərilir. Bunların 2/3 hissəsi ilkin, 1/3 hissəsi təkrar müraciətlər təşkil edir. Müasir prinsiplərə əsasən psixoloji yardım 3 növdə göstərilir- təcili və ya ilkin psixoloji yardım FHN mütəxəssisləri tərəfindən, orta müddətli yardım, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən və uzun müddətli yardım (psixososial reabilitasiya) Əmək və Əhali Sosial Müdafiə Nazirliyinin müəssisələrində göstərilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner