Banner
Banner

Xəbərlər

Qaraciyər serrozunun ilkin əlamətləri - AÇIQLANDI

Qaraciyər serrozunun ilkin əlamətləri - AÇIQLANDI
16:36 7 Mart 2021

Qaraciyər serrozunun əlamətlərindən biri ayaqların, topuqların və ayaq biləklərinin şişməsi ola bilər.

Tibb.fed.az-ın məlumatına görə, British Liver Trust-un tövsiyələrinə istinad edərək yazan ekspertlər alimlərin qaraciyər serrozunun erkən əlamətləri ilə bağlı açıqlamalarına diqqət çəkiblər. Xüsusilə, bədənin qurşaqdan aşağı hissəsində meydana gələn şişkinliyi görməməzlikdən gəlmək tövsiyə olunur.

"Ayaqlarınızın, topuq və ayaq biləklərinizin şişməsi qaraciyəriniz öz fəaliyyətində axrıncı qüvvə ilə çalışdığını və problemlərin yarandığını göstərə bilər" deyən mütəxəssislər bildiriblər.

Hansı qan qrupu infeksiyalara qarşı daha - DAYANIQLIDIR?

Simptomların inkişaf etməsi zədələnmə nəticəsində qaraciyərin yaralanması ilə əlaqəli ola bilər. Zədələnmiş qaraciyərdə qeyri-bərabər qabarıqlıqlar (düyünlər) olur və incə toxuması sərtləşir.

Şişkinliklə yanaşı, serrozun digər erkən əlamətləri davamlı halsızlıq və yorğunluq, iştahsızlıq və kilo itkisi də ola bilər. Digər xəbərdarlıq əlamətləri - ürək bulanması, bədənin qurşaqdan yuxarı hissəsində dəridəki kapilyar damarların qırılması və s.-dir. Bundan başqa, serrozu olan insanın ovcunda ləkələr meydana gələ və yuxu pozğunluğu ola bilər.

Təşkilat qaraciyər serrozuna əksər hallarda alkoqolun da yol açdığını xatırladıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner