Banner
Banner

Xəbərlər

Professor COVID-19 əleyhinə peyvənd olunan şəxsə ikinci dozada fərqli peyvənd vurulmasını  - MƏSLƏHƏT BİLMİR

Professor COVID-19 əleyhinə peyvənd olunan şəxsə ikinci dozada fərqli peyvənd vurulmasını  - MƏSLƏHƏT BİLMİR
20:16 11 Aprel 2021

Professor, ATU-nun Farmakologiya kafedrasının müdiri Musa Qəniyev  COVID-19 əleyhinə ilk doza kimi hansısa bir peyvəndi alan şəxsə ikinci doza kimi başqa bir peyvəndin vurulmasını məsləhət görmür.

Tibb.fed.az bildirir ki, professor bu barədə ona xeyli sayda sualların verildiyini bildirib. Kafedra müdiri “COVİD 19 əleyhinə peyvəndləmədə birinci və ikinci dozalar fərqli peyvəndlər ola bilərmi?” sualına təfərrüatı ilə aydınlıq gətirib:

“Son günlər ən çox tirajlanan və insanları narahat edən suallar bunlardır:

1. Covid19 əleyhinə tövsiyyə olunan peyvəndlərdən hansı daha yaxşıdır?

2. Məlum bir peyvəndin ilkin dozasını almış şəxsə, ikinci doza kimi, başda bir peyvənd vurula bilərmi ?

 Bu sualların izahı baxımından, məlum boşluqları nəzərə alaraq, bu haqda aşağıdakıları bildirməyi özümə borc bildim:

- klassik yolla, yəni zəiflədilmiş və ya inaktivləşdirilmiş virus və ya mikrob  kulturasından alınan peyvəndlərin, vektor peyvəndlərlə müqayisədə əlavə effekt kimi gözlənilən lokal və ya sistem təsirləri, nisbi də olsa yüksəkdir. Lakin vektor peyvəndlərdən fərqli olaraq, klassik peyvəndlərdə virusun genom strukturu bütünlüklə saxlanıldığından, əmələ gələn antitellərin effektivliyi və etibarlıq  potensialı da daha yüksək olur.

- Məlum peyvəndin ilk dozasını almış bir şəxsə, ikinci doza kimi digər peyvəndin vurulmasının düzgün olmaması  baxımından, söylənilən fikirlər, aşağıdakı səbəbdən əsaslıdır:

     Bu gün bütün Dünyada Covid 19 əleyhinə, əsasən, Pfizer, Moderna, Janssen, AstraZeneka, Sinovak və Sputnik V  peyvəndlərindən istifadə olunur. Təbii ki, bizi daha  çox maraqlandıran hazırda Ölkəmizdə istifadə olunan Sinovak (CoronaVac), eləcə də artıq ilk dəsti gətirilmiş AstraZeneka və gətirilməsi planlaşdırılan Sputnik V peyvəndləridir.

Bildirmək istəyirəm ki, Sinovak inaktivləşdirilmiş selektiv virus ştammıdır. İnaktiv genom ardıcıllığını tanıdığından, immun sistem ona qarşı xüsusi əks reaksiya vermədən, yalnız qoruyucu antitellər hazırlayır.

AstraZeneka və Sputnik V “ vektorlu (“viruslu) peyvəndlərə aiddir. AstraZenekanın hazırlanması zamanı saprofit adenovirus ştammına Covid 19-un genomundan kəsilərək götürülmüş yalnız 2 subvahid nuklein tərkib yerləşdirilir. Lakin tərkibdə nuklein sıralanma ardıcıllığı göstərilmir. Sputnik V peyvəndinin hazırlanması da praktik olaraq eyni prinsip və şərtlər daxilindədir. Təbii ki, bu məxfilik gözləniləndir və müvafiq firma və ya birliyin istədiyi təqdirdə, 23 ilə qədər saxlanılacaq, hüquqi əsası olan patent sirridir.

Son iki peyvəndin əlavə effekt baxımından təklükəsizlik diapozonu Sinovaks-dan yüksək olsa da, birinin digərinə nisbətdə COVID-dən qoruyuculuğunun fərqli əmsala malik olması heç bir şübhə doğurmur. Çünki bu iki peyvənd fərqli nuklein ardıcıllığına görə, heç bir halda “substrakt makromolekulunun aktiv qruplaşmasına” eyni nöqtədə bağlana bilməz.  Bu səbəbdən, son iki peyvəndə qarşı əmələ gələcək antitellərin potensial fəallığına təsir göstərəcək struktur ardıcıllığı və hüceyrə yaddaşına yazılma sahəsində identiflik təkrarın ola biləcəyini söyləmək də əsassızdır. Odur ki, bu halda ikinci dozanın digər peyvəndlə aparılması qazanılan immunitetin möhkəmlənməsinə və ya virusa təkrar yoluxma baş verərsə, ilkin yoluxmadan fərqli olaraq, qoruyucu İgG antitellərin 21 gündən sonra deyi, 3 gündən sonra əmələ gələcəyini düşünmək belə əsassızdır. Məhz bu səbəbdən, ilk dozanı almış hər hansı bir şəxsə, ikinci doza kimi digər peyvəndin, xüsusən vektorlu peyvəndlərin vurulması məsləhət deyildir.

Yəni burada, güya faciəli nəsə bir şeyin ola biləcəyini düşünmək, mənasız bir şeydir. Sadəcə, COVID-19 əleyhinə ilk doza kimi hansısa bir peyvəndi alan şəxsə, ikinci doza kimi başqa bir peyvəndin vurulması məsləhət deyildir.

Digər tərəfdən, hazırda AstaZeneca və ya Janssen kimi peyvəndlər ətrafında yaranmış mövcud böhranın səbəblərini bilmək, heç də dərin düşüncə tələb etmir. Diddət edin, bu məlumatlar birinci, yəni Avropa peyvəndi haqqında ilk olaraq Amerikada, ikinci, yəni Amerika peyvəndi haqqında isə, Avropada yayılıb. Hazırda tam gücü ilə təbliğ olunur və insanların şüuruna yeridilir. Məlum həqiqət odur ki, bütün bunlar, COVID-19 adı altında insanların bədbəxtliyi üzərində milyardlar qazanmaq üçün aparılan rəqabətli mübarizə və bunun reallaşması üçün məlum icraçılara “sələmə” verənlərin düşünülmüş siyasətidir. Bu peyvəndlərin güya tromboz və diğər qorxulu fəsadlara səbəb ola bilməsinin əsasında da yalnız maddiyyat uğrunda rəqabətli mübarizə durur. Çünki tromboz, vaksinasiya olmasa belə, əhali populyasiyası arasında rast gəlinən, kifayət qədər geniş yayılmış məlum patologiyalardan biridir. Belə ki, hər il dünya əhalisinin hər 250 nəfərindən biri, yəni 31 milyon 411 min 416 nəfər trombozdan, 100000 nəfər ağ ciyər emboliyasından, 450000 nəfər insultdan ölür. Bu halda, peyvəndin söylənilən fəsadlarının baş vermə ehtimallığının faiz nisbəti belə, hətta sıfırın altındadır. Yəni AstraZeneca və ya Janssen heç bir halda söylənilən və ya ehtimal olunan ciddi əlavə effektlər törədə bilməz. Odur ki, Avropa, istərsə də Amerikada deyilənlər, yalnız maddiyyat uğrunda aparılan amansız rəqabətin, mahiyyət etibarı ilə  biri-digərini  eyniliklə izləyən, “aynadakı əksidir”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner