Banner
Banner

Xəbərlər

Pentagon alimləri COVİD-i təyin edən dərialtı çipi - TƏQDİM ETDİLƏR

Pentagon alimləri COVİD-i təyin edən dərialtı çipi - TƏQDİM ETDİLƏR
14:16 14 Aprel 2021

Koronavirus xəstəliyi yayılandan bəri insanlara şübhələrlə dolu çiplərin yerləşdiriləcəyinə dair söz söhbətlər təsdiqini tapmaqdadır. COVİD-lə mübarizədə texnologiyalar işə salınır.  

Tibb.fed.az bildirir ki, bu barədə Azərbaycanın tanınmış İT mütəxəssisi Fərid Pərdəşünas sosial hesabında məlumat paylaşıb.

Paylaşımda bildirilir: “Nəhayət gözlənilən olur. COVID bəlasına texnoloji həll gəlir. Pentagon alimləri COVID-i təyin edən dərialtı çipi təqdim etdilər. Bu mikroçip dəri altında qanı mütəmadi yoxlayır və yoluxmanı çox sürətli bir şəkildə təyin edir. Çip əsasən dənizdə işləyənlərdə istifadə olunacaq. Hansı ki, həmin adamlar tez-tez analiz verməli və karantində qalmalı olurdu. Pentagonun dediyinə görə çip izləmə aparmır, sadəcə qanı yoxlayaraq, təyinat aparır. Alimlər bu çipi maşında olan mühərrikin "daççik"nə bənzədirlər. Sadəcə, mühərrikdə (bədəndə) olan xəta ilə bağlı məlumat verəcək. İşin maraqlı tərəfi ondadır ki, alimlər 1 filter də təqdim ediblər. 300 nəfər üzərində sınaqdan keçirilən filter dialez aparatına qoşularaq, qandakı virusu təmizləyə bilir. Bu da maşında olan yağ filteri kimi bir şeydi. Nəsə, başa düşdüyüm odur ki, bu gedişnən maşın olacağıq. Vaxlı-vaxtında filterlərimizi dəyişib, farsunkaları yuduzdurmaq lazım olacaq”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner