Banner
Banner

Xəbərlər

Parkinson xəstəliyinin müalicəsi yağda - TAPILDI

Parkinson xəstəliyinin müalicəsi yağda - TAPILDI
23:24 4 Mart 2021

Təbii antioksidant olan sesaminol neyronları zədələnmədən qoruyur.

Tibb.fed.az xəbər verir ki, Parkinson xəstəliyinin çarəsi küncüt yağının tərkibindəki sesaminol maddəsində tapılıb.

Sesaminol -  küncüt toxumlarının qabığında mövcud olan bioloji cəhətdən aktiv birləşmədir. Bu maddə güclü antioksidant xüsusiyyətlərə malikdir. Bəllidir ki, Parkinson xəstəliyi zamanı beynin bir hissəsindəki neyronlar oksidləşdirici stres - zəhərli reaktiv oksigen növlərinə məruz qalması səbəbindən məhv olur.

Hərəkətlərimizi təqlid edən – BEYİNİN GÜZGÜ NEYRONLARI

Heylion jurnalında məqaləsi dərc olunan Osaka City Universitetinin (Yaponiya) tədqiqatçıları, sesaminolun ROS-dan qorumaq üçün vasitə kimi istifadə edilə biləcəyini öyrənməyə yönəlmiş bir sıra təcrübələr aparıblar.

Laboratoriya təcrübələri, sesaminolun əslində sinir hüceyrələrindəki ROS istehsalını azaldaraq digər müsbət dəyişikliklərə gətirib çıxararaq onları zərərlərdən qoruduğunu təsdiqləyib. Alimlər, həmçinin Parkinson xəstəliyində olan insanlarda müşahidə edilən xəstəliklərə bənzər xəstəlikləri olan siçanlar üzərində təcrübə aparıblar. Məlum oldu ki, insanlar kimi xəstə heyvanlarda dofaminin neyromediator  istehsalında azalma baş verir və bu da hərəkət funksiyasının pozulmasına səbəb olur.

Siçanlar 36 gün ərzində sesaminolla bəsləndikdən sonra dofamin səviyyəsi artdı və hərəkət funksiyası xeyli yaxşılaşdı. Bu cür ümidverici eksperimentlərin nəticələrinə əsasən, elm adamları sesaminolun Parkinson xəstəliyinin müalicəsi üçün klinik sınaqları mümkün qədər tez keçməyi planlaşdırırlar.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner