Banner
Banner

Xəbərlər

Ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri -  644 MILYON MANAT OLUB

Ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri -  644 MILYON MANAT OLUB
12:13 16 Mart 2021

Dövlət koronavirus pandemiyası ilə sistemli şəkildə mübarizə aparır.

Tibb.fed.az saytı bildirir ki, Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı zamanı çıxış edib. O, ötən il pandemiya ilə bağlı səhiyyə xərclərinin 644 milyon manat təşkil etdiyini açıqlayıb.

Baş nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkəmizin bütün resursları pandemiya ilə mübarizəyə cəlb edilib.

Ə.Əsədov vurğulayıb ki, ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması təmin edilib, modul tipli xəstəxanalar yaradılıb, o cümlədən xarici ölkələrdən tibbi personal dəvət edilib.

Koronavirusa Dəstək Fonduna 114 milyon manat toplanılıb və fondun maliyyə vəsaiti hesabına vaksinlər alınıb ölkəmizə gətirilib. Nazir bildirib ki, bu günə qədər artıq 460 min nəfərə yaxın əhali vaksinasiya olunub.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner