Banner
Banner

Xəbərlər

Ötən ay icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox - TIBBI XİDMƏT GÖSTƏRİLİB

Ötən ay icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox - TIBBI XİDMƏT GÖSTƏRİLİB
16:09 15 Mart 2021

2021-ci ilin fevral ayı ərzində icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox tibbi xidmət göstərilib

Tibb.fed.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.

İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatları açıqlanıb. Məlum olub ki. 2021-ci ilin fevral ayı ərzində 335 561 nəfər sözügedən müəssisələrə ümumilikdə 560 464 dəfə müraciət edib. Bu müraciətlər üzrə ümumilikdə 1 214 418 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 045 155-i ambulator, 169 263-ü isə stasionar şəraitdə göstərilib. Yanvar ayı ilə müqayisədə fevral ayında müraciət edənlərin sayında 25% artım olub.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner