Banner
Banner

Xəbərlər

Onkoloji xəstəliklərdən sağalanların – SAYI ARTIB

Onkoloji xəstəliklərdən sağalanların – SAYI ARTIB
11:45 16 İyun 2021

“Onkoloji xəstəliklərdən əziyyət çəkənlər arasında sağalma halları əvvəlki illərlə müqayisədə çoxalıb”.

Tibb.fed.az bildirir ki, bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli məlumat verib.

Baş onkoloq bildirib ki, indi onkoloji xəstəlik diaqnozu qoyulanlar daha uzun ömür sürə bilirlər: “Əsas səbəb xəstəliklərin vaxtında aşkarlanması və müalicə zamanı müasir dərman preparatlarından istifadə edilməsidir. Bütün bunlara baxmayaraq, dünyada olduğu kimi Azərbaycanda da xərçəng xəstəliyinə tutulanların sayı artmaqdadır. Lakin onu da qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası onkoloji xəstələrin sayının artmasına səbəb olan amillərdən deyil”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner