Banner
Banner

Xəbərlər

Ölkədə karantin rejimi uzadıldı – OPERATİV QƏRARGAH

Ölkədə karantin rejimi uzadıldı – OPERATİV QƏRARGAH
16:24 19 Mart 2021

Nazirlər Kabineti ölkədə xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

Tibb.fed.az bildirir ki, bu barədə açıqlama Nazirlər Kabineti yanında Operativ Qərargahın birbaşa brinfinqdə məlumat  açıqlanıb. Qərarda deyilir:

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.

Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

29 may saat 00:00-dan  31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner