Banner
Banner

Xəbərlər

MRT zamanı ürəyi dayandı və - KOMAYA DÜŞDÜ

MRT zamanı ürəyi dayandı və - KOMAYA DÜŞDÜ
10:25 6 May 2021

Bakıda oynaq ağrılarına görə “Mediland” klinikasında MRT müayinəsi olunan 64 yaşlı Qəmzə Süleymanova komaya düşüb.

Tibb.fed.az  “Qafqazinfo.az”a istinadla xəbər verir ki, onun həyat yoldaşı Mirzə Süleymanov prokurorluğa müraciət edərək hadisə ilə bağlı cinayət işi başlanılmasını və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini istəyib.

"Martın 29-da oğlum Cavid MRT müayinəsindən keçmək və həkim məsləhəti almaq üçün anasını Xətai rayonunda yerləşən “Mediland Hospital”a apardı. Yoldaşım fobiyası olduğu üçün MRT aparatına daxil olmaqdan qorxub. Hospitalda deyiblər ki, narahat olmayın, kiçik dozada narkoz verib, sizi müayinə edəcəyik. Ödənişlər edildikdən sonra Qəmzəyə birinci doza vurulub, Cavidi də otaqdan çıxarıblar.

Müayinə çox yubanıb və 25 dəqiqə sonra müayinə otağından tibb bacısı çıxaraq həyəcanla qaçıb. Oğlum Cavid otağa daxil olanda görüb ki, həyat yoldaşımın ürəyini massaj edib, süni nəfəs verməyə çalışırlar. Orda deyiblər ki, 1 doza narkoz verildikdən sonra onun həssaslığı qaldığı üçün 2-ci, daha sonra 3-cü doza narkoz verilib”.

M.Süleymanov iddia edir ki, dozadan artıq narkoz verildiyi üçün Q.Süleymanovanın ürəyi dayanıb:

“Bir qədər sonra həkimlər həyat yoldaşımın ürəyini bərpa ediblər. Lakin beyni yatıb və koma vəziyyətinə düşüb. Həyat yoldaşım iki gün “Mediland Hospital”da qaldı, hər hansı irəliləyiş olmadığı üçün biz öz vəsaitimiz hesabına onu başqa özəl klinikaya köçürdük. Orada da iki gündən sonra Qəmzəni ayıltmağa çalışdılar, lakin onda qıcolma başladı, yenidən yatızdırdılar. İndi gözlərini açsa da, heç nə eşitmir, görmür, hiss etmir, qidalanmır, reaksiya vermir, kimsəni tanımır”.

Mirzə Süleymanov qeyd edib ki, “Mediland Hospital” əməkdaşlarının bilərəkdən etdikləri hərəkət nəticəsində həyat yoldaşının gələcək sağlamlığı sual altındadır:

"Onlar ürəyi bərpa etməklə bərabər ilk yardım kimi xəstəyə balonlarla oksigen verməli idilər. Həkimlər isə balonlarla oksigen vermək əvəzinə bunu pompa ilə verməyə çalışıb və ilk tibbi yardım gecikib. Təqribən 50 dəqiqə sonra onlar hardansa oksigen balonu tapıb gətirib və xəstəyə oksigen veriblər. Məhz ilk tibbi yardımın düzgün verilməməsi, 1 saata yaxın gecikməsi səbəbindən beyin bir müddət qidasız qalıb”.

Zərərçəkənin əri prokurorluğa müraciətində tələb edib ki, “Mediland Hospital”da xanımının sağlamlığına ağır zərər vurulduğu üçün cinayət işi başlanılsın.

“Mediland Hospital”ın həkimi, Qəmzə Süleymanovanı müayinə edən Kərim Kərimov isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, doza insanın çəkisinə uyğun vurulur: “Xanımın da çəkisi 110 kilodan çox idi. Ona uyğun da doza vurulub. Dozanın artıq olmasından söhbət gedə bilməz.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner