Banner
Banner

Xəbərlər

Əhaliyə daha çox icbari tibbi sığorta xidməti Mingəçevirdə- GÖSTƏRİLİB

Əhaliyə daha çox icbari tibbi sığorta xidməti Mingəçevirdə- GÖSTƏRİLİB
16:20 15 Mart 2021

Tibb.fed.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən 2021-ci ilin fevral ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan  müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar təqdim edir: Mingəçevir şəhəri (449), Şirvan şəhəri (234), Zaqatala rayonu (176),  Yevlax rayonu (169), Gəncə şəhəri (164), Qəbələ (158), Ağdaş (152), Qax (143), Göygöl (143) və Xaçmaz (135) rayonları.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (137 628), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (103 800), Xaçmaz (58 725), Yevlax (58 631), Şəki (40 562), Quba (39 803), Zaqatala (37 327), Ağdaş (35 396), Göyçay (34 520) və Qusar (33 084) rayon Mərkəzi Xəstəxanaları.

Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Şəki, Quba, Zaqatala, Ağdaş, Göyçay və İsmayıllı rayon Mərkəzi Xəstəxanaları.

Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz rayon Mərkəzi Xəstəxanası, Qusar rayon Mərkəzi Xəstəxanası, Şirvan şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Şəki, Quba, Salyan və Göygöl rayon Mərkəzi Xəstəxanaları.

Qeyd olunmalıdır ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 11 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir.

2021-ci ilin fevral ayı ərzində TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (267 838), Şəki-Zaqatala TƏB (195 528), Quba-Xaçmaz TƏB (169 896), Gəncə TƏB (141 584), Dağlıq Şirvan TƏB (91 947), Göyçay-Kürdəmir TƏB (90 059), Şəmkir-Tovuz TƏB (62 824), İmişli-Sabirabad TƏB (60 669), Ağdam-Ağcabədi TƏB (55 190), Lənkəran TƏB (44 322), Cəlilabad-Salyan TƏB (33 191) və Sumqayıt TƏB (1 370).

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner