Banner
Banner

Xəbərlər

Metroda bu qaydalara riayət etməyənlər cərimələnəcəklər - RƏSMİ

Metroda bu qaydalara riayət etməyənlər cərimələnəcəklər - RƏSMİ
12:40 28 May 2021

"İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.

Tibb.fed.az bu barədə "Bakı Metropoliteni" QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı açıqlamasına istinadən bildirir.

Açıqlamada qeyd olunur ki, tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bundan başqa metro xidmətindən istifadə edən sərnişinlərin temperaturu da yoxlanacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Operativ Qərargahının qərarına əsasən, metropoliten öz fəaliyyətini mayın 31-dən bərpa edir. Yalnız həftəsonları metro xidmətindən istifadə etmək mümkün olmayacaq. 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner