Banner
Banner

Xəbərlər

Məşhur türk həkimdən koronavirusa qarşı yeni - PEYVƏND KƏŞFİ

Məşhur türk həkimdən koronavirusa qarşı yeni - PEYVƏND KƏŞFİ
18:20 4 May 2021

Almaniyada yaşayan və koronavirusa qarşı effektli peyvənd hazırlamasıyla məşhurlaşan türk həkim Uğur Şahin koronavirusa qarşı yeni peyvənd hazırlayır.

Tibb.fed.az bildirir ki, bu barədə "BioNTech"in Baş direktoru Uğur Şahinin özü açıqlama verib.

O, koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanıldığını deyib.

Uğur Şahinin sözlərinə görə, təsdiqlənmə mərhələsində olan COVID-19 peyvəndinin bu yeni versiyası normal soyuducularda 2-8 dərəcə arasında saxlanıla bilər və istifadə müddəti üçün 6 ay müddəti nəzərdə tutulub: "İlk (peyvənd) formulumuz -80 dərəcədə saxlanılmağa və daşınmağa məcbur idi. Bu müddətdə hələ təsdiqlənməmiş yeni bir formul üzərində işləməyə başladıq. Bu yeni versiya peyvənd 2-8 dərəcə arasında saxlanılacaq. Çox güman ki, bu temperaturda saxlandıqda 6 aylıq saxlama müddətinə çatacağıq”.

U.Şahin deyib ki, peyvənd "Pfizer" firması ilə birlikdə hazırlanır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner