Banner
Banner

Xəbərlər

Mərc edib 40 yumurta yedi və - ÖLDÜ...

Mərc edib 40 yumurta yedi və - ÖLDÜ...
11:49 20 Aprel 2021

Hindistan sakini toyuq yumurtasını sürətlə yeyəcəyinə dair mərcə girib. 41 yumurta yeyəndən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas etməkdə gücsüz qalıblar.

Tibb.fed.az bu barədə “LadBible”-ə istinadən xəbər verir.

42 yaşlı kişi bir dostu ilə qısa müddətdə 50 yumurta yeyə biləcəyinə dair mərcə girib. Lakin 41 yumurta yedikdən sonra təcili tibbi müayinəyə ehtiyac duyub. Huşunu itirib və təcili xəstəxanaya yerləşdirilib. Həkimlər kişinin həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.

Mütəxəssislərin fikrincə, həddindən artıq yumurta həzm sisteminin çökməsinə, ürəyin fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Mübahisənin məbləğinin əhəmiyyətsiz olduğu qeyd edilir - 2 min rupi (45 manata yaxın).

Xatırladaq ki, əvvəllər 45 yaşlı moskvalı qadın bir gündə 1,5 kiloqram xurma yeməsi səbəbiylə ölüm təhlükəsiylə üzləşmişdi.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner