Banner
Banner

Xəbərlər

Koronavirusun yeni ştammı sürətlə - YAYILMAĞA BAŞLADI

Koronavirusun yeni ştammı sürətlə - YAYILMAĞA BAŞLADI
13:49 26 May 2021

Braziliyada koronavirusun yeni ştammı sürətlə yayılır.

Tibb.fed.az Cebhe.info-a istinadla xəbər verir ki, bu virusun mənşəyi barədə hələlik məlumat yoxdur.

San-Paulu Universitetinin mütəxəssisləri yeni virusun mənşəyi üzərində araşdırmalara başlayıb. "Globo" nəşrinin yazdığına görə, ilk dəfə bu qəbildən virus Mokokoda aşkar edilib. Hazırda onunla bağlı dəqiq heç bir məlumat yoxdur. Digər ştammlarla müqayisədə daha yoluxucu və ya öldürücü olması aydınlaşdırılmayıb.

Bunun üçün müəyyən araşdırmalar tələb olunur.

Artıq ölkədə iki şəhərdə yeni variant aşkar edilib. İlkin məlumatlara görə, virusun iki şəhərdə aşkarlanması onun sürətə yayılmaq xüsusiyyətindən xəbər verir və bu, virusoloqlarda narahatlıq doğurub.

Mütəxəssislər güman edirlər ki, P4 adı almış yeni variant Brziliya ştammı olan P1 və P2 ilə oxşar xüsusiyyətlərə malikdir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner