Banner
Banner

Xəbərlər

Koronavirusla mübarizəyə qatılan həkimlərə 169.4 milyon manat əlavə - VƏSAİT ÖDƏNİLİB

Koronavirusla mübarizəyə qatılan həkimlərə 169.4 milyon manat əlavə - VƏSAİT ÖDƏNİLİB
16:40 19 Mart 2021

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib

Tibb.fed.az bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbəb verir. Ölkə prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2020-ci ilin mart-dekabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin aprel-dekabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 385.000 manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 138.500 manat məbləğində mükafat ödənilib.

Nazirlər Kabinetinin 08 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner