Banner
Banner

Xəbərlər

“Koronavirus bəzi insanlarda əlilliyə səbəb ola bilər” – BAŞ İNFEKSİONİST

“Koronavirus bəzi insanlarda əlilliyə səbəb ola bilər” – BAŞ İNFEKSİONİST
11:22 18 Mart 2021

“Koronavirusa yoluxan yaşlı adamlarda yanaşı xəstəlikləri varsa, onun bərpası problemlidir. Bu, bəzən əlilliyə də səbəb ola bilər”.

Tibb.fed.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında bildirib: “Koronavirus infeksiyasına yoluxub sağalan insanlarda müəyyən əlamətlər bir müddət davam edir. COVID-19-un ən çox müşahidə edilən simptomlarından biri iy və dadbilmənin itməsidir. Bir aydan sonra əksəriyyət insanlarda bu hisslərin tam və ya hissəvi bərpası baş verir. 3-6 ay ərzində böyük əksəriyyətdə iy və dadbilmə bərpa olunur. Az adamlarda bundan artıq vaxt keçsə də, iy və dadbilmə hissi bərpa olunmur”.

Onun sözlərinə görə, bu cür hallar xəstədə çox böyük psixoloji sarsıntıya səbəb olur. İy və dadbilmənin uzunmüddətli itməsi nəticəsində təkcə selikli qişa yox, iybilmə-dadbilmədə iştirak edən reseptor aparat da zədələnir ki, bunun da bərpası az sayda insanlarda mümkün olmur və bu vəziyyət bir müddət davam edir. Baş infeksionist qeyd edib ki, xəstəliyi keçirən insanların üçdəbirində ümumi halsızlıq, zəiflik, iş qabiliyyətinin azalması, diqqəti cəmləməkdə çətinlik, yaddaş, yuxu pozulması, bədən, əzələ ağrıları, subfebril hərarət bir müddət müşahidə olunur. Belə halların keçməsi üçün zaman lazımdır.

T.Eyvazov  deyib ki, xəstəliyi ağır keçirən, ağciyərlərin dərin zədələnməsi olan və sonrakı müddətlərdə fibrozlaşma prosesi gedənlərdə bərpa prosesi insanın rezervindən asılıdır: “Yəni xəstə cavandırsa və yanaşı xəstəlikləri yoxdursa, bərpa prosesi sürətli gedəcək və az qalıq əlamətlərlə yekunlaşacaq. Lakin yaşlıdırsa və yanaşı xəstəlikləri varsa, onun bərpası problemlidir. Bu, bəzən əlilliyə də səbəb ola bilər”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner