Banner
Banner

Xəbərlər

Kompüter Tomoqrafiya (KT) xərçəngə -SƏBƏB OLA BİLƏRMİ?

Kompüter Tomoqrafiya (KT) xərçəngə -SƏBƏB OLA BİLƏRMİ?
14:54 24 Aprel 2021

Diaqnostik müayinələrdə udulan radiasiyanın miqdarı millisieverts (mSv) ilə ölçülür.

Hər birimiz günəşdən, yer qabığından və öz orqanizmimizdəki bir sıra maddələr tərəfindən daimi olaraq radiasiyaya məruz qalırıq.

Tibb.fed.az fizioterapevt Qafar Abdullayevə istinadla bildirir ki, il ərzində məruz qaldığımız bu təbii radiasiyanın miqdarı 3.7 mSv-dir. Bir ağciyər rentgen (chest x-ray) müayinəsində bu miqdar olduqca kiçik, 0.01 mSv-dir. 

Ağciyərlərin KT (chest CT ) müayinəsində isə bu miqdar bir qədər çoxdur, 7 mSv. (Yeni nəsil KT-lərdə isə 4 mSv) 

ACR-in (The American College of Radiology) ömür boyu məsləhət gördüyü, diaqnostik müayinələr tərəfindən maksimum məruz qalınabilən radiasiya miqdarı 100 mSv-dir. Bu, 10,000 "chest X-ray" və 25 "chest CT"-yə ekvivalentdir.

Abdominal KT-də isə bu miqdar 8 mSv-dir. Abdominal KT müayinəsindən sonra pasientdə kanser yaranma riski olduqca az, 0.05 %-dir, yəni hər 2000 nəfərdən biri.

“Uşaq və yeniyetmələrdə kanser yaranma riski yetişkin və orta yaşlı insanlardan daha çoxdur. Bu səbəbdən azyaşlılara xüsusi göstəriş olmadan KT müayinəsi etdirmək olmaz.

Bununla belə KT səbəbli kanserə tutulma və ölüm riskiniz çox azdır. Müqayisə üçün aşağıda 1.000 nəfər başına yaşam boyu müxtəlif səbəblərdən ölüm riski göstərilmişdir. Yəni ömür boyu suda boğulub, ölmə riskiniz KT müayinəsindən sonra xərçəngə tutulub ölmə riskinizdən 2 dəfə çoxdur. 

Diaqnostik müayinələrə yalnız müvafiq həkimin göstərişi ilə müraciət etmək daha məqsədəmüvafiqdir”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner