Banner
Banner

Xəbərlər

Klinikalardan alınmış 96 saxta koronavirus testi ilə bağlı  araşdırma aparılır – RƏSMİ

Klinikalardan alınmış 96 saxta koronavirus testi ilə bağlı  araşdırma aparılır – RƏSMİ
15:57 19 May 2021

Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.

Tibb.fed.az bildirir ki, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.

“Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz: “Bu kimi halların qarşısını almaq üçün 4 aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin tibbi arayışın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özlərinə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.

“Oksigen” isə məsələyə münasibət bildirməyib.

Faktla bağlı hazırda Gəncə şəhər prokurorluğu araşdırmaya başlayıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib: “Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner