Banner
Banner

Xəbərlər

Klinika rəhbərinə cinayət işi - AÇILDI

Klinika rəhbərinə cinayət işi - AÇILDI
14:44 30 Aprel 2021

Bakıda “Hüseyn Dent” stomotoloji klinikasının direktoru Hüseyn Abdullayevin qanunsuz əməli aşkarlanıb.

Tibb.fed.az Respublika Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 150 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin müraciəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, qeyd edilən ünvanda yerləşən “Hüseyn Dent” stomotoloji klinikasının direktoru Hüseyn Abdullayev tərəfindən klinikanın həyətində olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 3 min manat məbləğində ziyan vurulmasına əsaslı  şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Yasamal rayon polis idarəsinə həvalə edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner