Banner
Banner

Xəbərlər

İyunun 10-dan ləgv ediləcək məhdudiyyətlər – SİYAHI

İyunun 10-dan ləgv ediləcək məhdudiyyətlər – SİYAHI
16:18 9 İyun 2021

Iyunun 10-dan etibarən iri ticarət mərkəzləri, "mall"lar, idman zalları və məscidlər açılır.

Tibb.fed.az  bildirir ki, bu, Baş nazir Əli Əsədovun mayın 26-da imzaladığı qərara əsasən qüvvəyə minir.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Bundan əlavə, sabahdan etibarən məscidləri ziyarət etmək, həmçinin idman zallarına getmək  mümkün olacaq.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner