Banner
Banner

Xəbərlər

İynə ilə bədənə ÇİP yeridildi – TİBB TARİXİNDƏ BİR İLK

İynə ilə bədənə ÇİP yeridildi – TİBB TARİXİNDƏ BİR İLK
14:01 12 May 2021

Tibb tarixində bir ilk yaşanır.

Tibb.fed.az xəbər verir ki, Azərbaycanın məşhur İT mütəxəssisi Fərid Pərdəşünas sosial hesabında bununla bağlı maraqlı paylaşım edib. Onun bildirdiyinə görə, Kolumbia Universitetinin nano cərrahiyə əməkdaşları, başda Ken Shepard olmaqla ilk dəfə iynə ilə bədənə yeridilə bilən çipi təqdim ediblər.

“Bu çip o qədər kiçikdir ki, mikroskop altında görünür. Bu dünya tarixində bəlkə də ən kiçik kompüter hesab oluna bilər”.

Çip hələ ki, bədəndəki temperaturu ölçə bilir. Elm adamların hədəfi növbəti mərhələdə çip ilə şəkəri, oksigeni və digər tibbi detalları ölçməkdir.

F.Pərdəşünas qeyd edir ki, bu texnologiyanın gələcəyi möhtəşəmdir: “İnsanlar çip daşıyaraq bədənindən məlumatları lazımı şəkildə ala biləcəklər. Bunun tətbiqinə yəqin ki, hələ uzun illər var”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner