Banner
Banner

Xəbərlər

İxtisaslarina görə həkimlərə ödənən əlavə nə qədərdir? - RƏSMİ AÇIQLAMA

İxtisaslarina görə həkimlərə ödənən əlavə nə qədərdir? - RƏSMİ AÇIQLAMA
11:42 28 Aprel 2021

Həkimlər ixtisaslarına görə nə qədər əlavələr alırlar?

“Həkimlərin maaşları ixtisasa müvafiq olaraq dəyişir. Bəzi həkimlər sabit, bəziləri isə işin nəticələrinə görə əlavələr alırlar”.

Tibb.fed.az bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə mubahise.az-a danışıb.

O bildirib, sabit əlavələr alan həkimlər sırasına həkim-fitiziatr, hematoloq, hemodializ şöbəsinin həkimləri sabit əlavələr alır:

“Həkim fitizatr, hematoloq 300 manat, hemodializ şöbəsinin həkimləri 360 manat, Ailə Sağlamlıq Mərkəzində çalışan mamaginekoloqlar 480 manat əlavələr alır. Ailə həkimi ixtisası üzrə çalışanlar isə 300 manat sabit əlavələr alır.

Bununla yanaşı, birinci qrup tibb müəssisələrində çalışan həkim 240 manat, ikinci və üçüncü qrup tibb müəssisələrində isə 340 manat sabit əlavələr alırlar”.

“Bir qisim ixtisaslar isə işin nəticələrinə görə bonuslar alırlar. Bunlar terapevtik, cərrahi ixtisaslar, radiologiya şöbəsinin işçiləridir ki, ay ərzində görülən işin nəticələrindən asılı olaraq hesablanır və növbəti ay bonuslar ödənilir”, - deyə Y.Mahmudzadə qeyd edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner