Banner
Banner

Xəbərlər

İsraildə restoran və barlar yenidən açılır, ancaq -  PEYVƏND OLUNANLAR ÜÇÜN

İsraildə restoran və barlar yenidən açılır, ancaq -  PEYVƏND OLUNANLAR ÜÇÜN
14:03 8 Mart 2021

İsrail postpandemiya dönəmi üçün normallaşmaq istiqamətində daha bir vacib addım atıb:  restoran, kafe və barlar peyvənd olunmaqla “yaşıl kart”a sahiblənmiş müştərilərə xidmət üçün açılıb. Qeyd edək ki, İsraildə əhalinin 40%-i koronavirusa qarşı peyvənd olunub.

Tibb.fed.az xəbər verir ki, İsrailin Baş naziri Benjamin Netanyahu Qüdsdə kafelərdən birində tort kəsərkən Facebook-da canlı yayım açaraq "həyata qayıdırıq" söyləyib.

Peyvənd kampaniyasına dekabr ayında başlanan İsraildə əhalinin təqribən doqquz milyonundan 3.7 milyonuna ikidəfəlik tövsiyə olunan Pfizer/BioNTech peyvəndi dozası vurulub. Təxminən beş milyona yaxın insan isə peyvəndin birinci mərhələsindən keçib.

Qeyd edək ki, ötən ay ölkədə yaşıl keçid proqramı tətbiq olunub və təsdiqlənmiş tam peyvəndləri olan və ya COVID-19-dan yaxşılaşanların nəzarətli say çərçivəsində idman salonları, hovuzlar və digər obyektləri ziyarət etməsinə icazə verilib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner