Banner
Banner

Xəbərlər

İsrail 18 apreldən küçədə qoruyucu maska taxmaq tələbini - LƏĞV EDİR

İsrail 18 apreldən küçədə qoruyucu maska taxmaq tələbini - LƏĞV EDİR
12:52 18 Aprel 2021

İsrailin Səhiyyə naziri Yuliy Edelşteyn israillilərin bazar günündən etibarən açıq havada maska ​​taxmaq məcburiyyətində qalmayacaqlarını söyləyib.

Tibb.fed.az bildirir ki, Edelşteyn açıqlamasında "İsraildə müvəffəqiyyətli vaksinasiya kampaniyası səbəbindən infeksiya nisbəti çox azdır və buna görə də məhdudiyyətlər yumşaldıla bilər" deyib.

Bununla belə İsraildə qapalı məkanlarda maska taxılması tələbinin qalacağı da açıqlanıb. İsraildə beş milyona yaxın insan, yəni 9,3 milyon əhalinin yarısından çoxu peyvənd olunduğu üçün koronavirusa yoluxma nisbətinin azaldılması istiqamətində mübarizə tədbirləri davam etdirilir.

İsrailin Baş naziri Benjamin Netanyahu, məhsulun təsiri ilə əlaqədar tibbi məlumatları paylaşmaq barədə razılığa gələrək milyonlarla Pfizer/BioNTech peyvəndi alıb. Peyvəndlərin İsrailin  həyatını dəyişdirdiyi müşahidə olunur. Belə ki, yanvar ayının ortalarında ölkədə gündə təxminən 10.000 yeni yoluxma ilə infeksiya zirvəsi qeydə alınırdısa, indi bu göstərici gündə təxminən 200-ə yaxın olur.

Yeni yoluxmaların sayı hətta əyani təhsili bərpa etdikdən və barlarda, restoranlarda və qapalı yerlərdə məhdudiyyətlərin qaldırılmasından sonra da aşağı olaraq qalır.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner