Banner
Banner

Xəbərlər

“İlk dozanı rayonda vurduran şəxs ikincini şəhərdə də ala bilər” - AÇIQLAMA

“İlk dozanı rayonda vurduran şəxs ikincini şəhərdə də ala bilər” - AÇIQLAMA
17:35 20 Aprel 2021

“Koronavirus (COVID-19) əleyhinə vaksinin istər birinci, istərsə də ikinci dozasını şəxsin yaşadığı və ya qeydiyyatda olduğu yerdən asılı olmayaraq ölkə ərazisində istənilən tibb məntəqəsinə yaxınlaşmaqla vurdurmaq olar”.

Tibb.fed.az bildirir ki, bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumat verilib.

Qeyd olunub ki, yaşadığı yer üzrə tibb məntəqəsində koronavirus əleyhinə birinci doza vaksin vurduran şəxs ikinci dozanı almalı olduğu vaxtda digər rayonda olarsa, həmin vaxt olduğu yer üzrə tibb məntəqəsində ikinci doza peyvənd oluna bilər. Həmçinin ilk dozanı rayonda alan şəxs də Bakıda ikinci dozanı qəbul edə bilər.

TƏBİB-dən həmçinin bildirilib ki, bu qayda yaş kateqoriyasına aid olmayan şəxslər üçün də keçərlidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner