Banner
Banner

Xəbərlər

İlk dəfə olaraq koronavirus xəstəsinə canlı donordan ağciyər - KÖÇÜRÜLDÜ

İlk dəfə olaraq koronavirus xəstəsinə canlı donordan ağciyər - KÖÇÜRÜLDÜ
16:28 8 Aprel 2021

Yaponiyanın Kioto Universiteti xəstəxanasının mütəxəssisləri yeni koronavirusun əmələ gətirdiyi xəstəlikdən əziyyət çəkən ağır xəstəyə canlı donordan ağciyər köçürülməsi əməliyyatını uğurla başa vurublar.

Bu barədə Kioto Universiteti tərəfindən yayılan məlumatda deyilir. Bildirilir ki: “Dünyada ilk dəfə canlı donordan ağciyərin köçürülməsi həmin orqanı ciddi zərərçəkmiş xəstənin müalicəsində çox vədedici üsul kimi görünür”.

Əməliyyat zamanı, xəstə qadına onun həyat yoldaşının və oğlunun ciyərlərinin parçaları köçürülüb. Bildirilir ki, əməliyyat olunan qadın ötən ilin sonlarında koronavirusa yoluxub və onun səhhəti getdikcə pisləşib. Qadın üzərində aparılan əməliyyat təqribən 11 saat çəkib. Hazırda həmin qadının və donorların özlərini yaxşı hiss etdikləri bildirilir.

Qeyd olunur ki, belə əməliyyat dünyada ilk dəfə keçirilib. Buna qədər koronavirus xəstəsi olan şəxslərə ağciyər köçürməsi yalnız beyin koması vəziyyətində olan şəxslərdən köçürülüb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner