Banner
Banner

Xəbərlər

“İlan sancması zamanı ölümlər yanlış ilkin tibbi yardım nəticəsində olur” – HƏKİM MƏSLƏHƏTİ

“İlan sancması zamanı ölümlər yanlış ilkin tibbi yardım nəticəsində olur” – HƏKİM MƏSLƏHƏTİ
16:00 9 İyun 2021

"İlan sancması mövzusunda nə qədər maarifləndirmə aparsaq da, doğru bilinən yanlışlar bu halları daha da çətinləşdirir.”

Tibb.fed.az bildirir ki, bu barədə Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev danışıb. Onun sözlərinə görə, ilan sancması nəticəsində bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o insanlarda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. “Bunlar doğru üsullar deyil. Bəzən bu yolla infeksiyanın daha çox yayılmağına səbəb oluruq”.

Tibb üzrə fəlsəfə doktoru ilan sancması zamanı nə edilməli olduğunu da izah edib. O, bildirib ki, iİlk növbədə qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində həkimə çatıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. “Qeyd etmək istəyirəm bu zərdab yalnız həkim nəzarətində və təyinatında vurulmalıdır. Çünki bu zərdab at qanından alınan immunoloji preparatdı və bir çox insanda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil limfatik yollarla yayılır. Bu səbəbdən qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, 2 yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar.

Əgər görsəniz ki, sizi hörümçək sancdı və ehtimalladır ki, zəhərli hörümçəkdir. İlk 2 dəqiqə ərizində kibrit vasitəsi ilə həmin nahiyəni yandırsanız termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını ala bilərsiniz”.

Qeyd edək ki,  Azərbaycanda hər il, əsasən aprelin əvvəlindən noyabr ayına kimi 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner