Banner
Banner

Xəbərlər

İki başı, üç əli olan uşaq - DOĞULDU

İki başı, üç əli olan uşaq - DOĞULDU
17:04 15 Aprel 2021

Hindistanın Odişa ştatının Kani kəndinin sakini özəl doğum evində ikibaşlı və 3 əli olan uşaq dünyaya gətirib.

Tibb.fed.az-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, körpə qız Umakanta Parida və onun həyat yoldaşı Ambikanın ailəsində doğulub.

Uşağın doğulması üçün xəstəxananın həkimləri qeysəriyyə əməliyyatı keçirməli olublar. Pediatr həkim Debaşis Sahu deyib ki, yeni doğulan iki ağızla yeyir və iki burunla nəfəs alır.

"Əslində bunlar üç qolu və iki ayağı ilə bir bədənə birləşən iki bacıdır", - həkim vurğulayıb.

Uşaq hazırda özünü yaxşı hiss edir. Xüsusi müalicə üçün Kattak şəhərindəki pediatriya institutuna yerləşdirilib. Atası qızının müalicəsi üçün dövlətdən yardım istəyib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner