Banner
Banner

Xəbərlər

İflic olan şəxslər fikirlərini bu formada ifadə edə biləcəklər – ELMİ KƏŞF

İflic olan şəxslər fikirlərini bu formada ifadə edə biləcəklər – ELMİ KƏŞF
15:17 19 May 2021

ABŞ-nın Stenford Universiteti yeni tibbi kəşfə imza atıb. Alimlər bu maraqlı təcrübələrini yayımlayıblar.

Tibb.fed.az “sciencenews.org”-a istinadla bildirir ki, təcrübə zamanı iflic olan şəxsin beyninə yerləşdirilmiş elektrodlar ilə xəyal etdiyi əl yazısını mətnə çeviriblər. Təcrübədə boynundan aşağı iflic olan 65 yaşlı şəxs iştirak edib. Təcrübə zamanı 1 dəqiqədə 15 söz, 90 simvol mətnə çevrilə bilib. Universitetdən Krishna Shenoy adlı mütəxəssis bildirib ki, bu göstərici təcrübədə iştirak edən adamla yaşıd olanların smartfon ilə yazı yazmaq sürətinə bərabərdir.

Sınaqdan keçirilən metod bu cür işləyir: elektrodlar beynin əl və barmaq hərəkətlərinin idarə olunduğu elektrik aktivliyini oxuya bilir. Şəxs sanki əli ilə hansısa yazını yazdığını xəyal edir. Elektrodlar bu aktivliyi oxuyur və onu mətnə çevirərək ekranda göstərir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner