Banner
Banner

Xəbərlər

İdman qidalarının idxalına və satışına nəzarət - GÜCLƏNDIRILƏCƏK

İdman qidalarının idxalına və satışına nəzarət - GÜCLƏNDIRILƏCƏK
17:53 10 İyun 2021

İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək.

Tibb.fed.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında keçirilən görüş zamanı bildirilib. Görüş ölkədə idman qidaları, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilib.

İclasda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında məlumat verərək, məsələnin aktuallığına diqqət çəkib.

AMADA-nın direktoru Şəfəq Hüseynli bioloji fəallığa malik qida əlavələrinin tərkibinə xüsusi nəzarət sisteminin yaradılmasının vacibliyini bildirib, bunun təmiz idman dəyərlərinin və idmançıların sağlamlığının qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

AQTA-nın aparat rəhbəri Elxan Mikayılov isə bu cür maddələrin daxili istehsalına nəzarətin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Görüşdə həmçinin bioloji fəallığa malik qida əlavələrinin, qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və yoxlama tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner