Banner
Banner

Xəbərlər

“İcbari tibbi siğortaya keçid pasiyentlərin haqsız sifarişini artırıb” – HƏKİMDƏN NARAZILIQ

“İcbari tibbi siğortaya keçid pasiyentlərin haqsız sifarişini artırıb” – HƏKİMDƏN NARAZILIQ
10:41 6 Aprel 2021

Tanınmış həkim-qastorenteroloq Akif Məmmədov icbari tibbi siğortaya keçidlə bağlı sui-istifadə hallarından narazılıq ifadə edib. “Özünüzdə bu qərarı vermək səlahiyyətini hiss edirsinizsə, onda müayinə nəticələrini də özünüz qiymətləndirin, müalicənizi də özünüz edin” deyə həkim pasiyentlərə narazılığını bildirib.

Tibb.fed.az bu barədə həkimin özünə istinadən bildirir. Akif Məmmədov bildirib: “Vaxtilə məşhur rus terapevti və hematoloqu Kassirski deyirdi ki, "texnika bizə lazımdır, amma texnisizm təhlükəlidir". Texnisizm dövrünə qədəm qoyduqdan sonra həkimlər arasında fizikal diaqnostika metodlarına (baxış, palpasiya, perkusiya, auskultasiya) yiyələnmə xeyli dərəcədə zəiflədi. Fizikal metodlara mükəmməl yiyələnməyən həkim laborator-instrumental müayinələrdən hazır diaqnoz arayışında olur. Müalicəsini də onların üstündə qürur. Xəstələri də bu cür müalicəyə öyrədən məhz həmin həkimlərdir. Özünə, peşəsinə hörmət edən həkim belə işlərlə məşğul olmaz!”

 

Onun sözlərinə görə, əvvəllər hər hansı pasiyenti (xüsusən də orta yaşlı və yaşlı pasiyentləri) laborator-instrumental müayinələrə göndərmək ehtiyacı yarananda deyərdi ki, keçmiş həkimlər əllə baxıb diaqnoz qoyurdular, siz bizi niyə dağa-daşa salırsınız?. İcbari Tibbi Sığortaya keçiddən sonra isə əks tendensiya yaranıb. Həkim-qastroenteroloq qapıdan girən pasiyentin laborator-instrumental müayinələr sifariş verdiyini açıqlayıb.  “Pasiyentlərə başa salmaq olmur ki, əlavə müayinələr sayılan laborator-instrumental müayinələrə (qanın ümumi və biokimyəvi analizi, ultrasəs, rentgen müayinəsi və s.) qərar yalnız əsas həkim müayinələri olan sorğu, baxış, palpasiya, perkusiya və auskultasiyadan sonra verilir. Və bu qərarı siz pasiyentlər yox, biz həkimlər veririk. Əgər özünüzdə bu qərarı vermək səlahiyyətini hiss edirsinizsə, onda müayinə nəticələrini də özünüz qiymətləndirin, müalicənizi də özünüz edin!”

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner