Banner
Banner

Xəbərlər

İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra Qubada yenidoğulmuşlar arasında - ÖLÜM AZALIB

İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra Qubada yenidoğulmuşlar arasında - ÖLÜM AZALIB
13:27 6 Aprel 2021

İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra Quba Regional Perinatal Mərkəzində yenidoğulmuşlar arasında ölüm göstəricisi aşağı düşüb.

Tibb.fed.az İcbari Tibbi Sığorta üzrtə Dövlət Agentliyinə istinadən bu barədə bildirir. Mərkəzin direktoru Şəhla Həsənovanın verdiyi məlumata görə, 2021-ci ilin ilk rübündə, ümumilikdə, 406 uşaq diri doğulub. 68 yenidoğulmuşun vəziyyəti ağır olub. Onlardan yalnız ikisinin həyatını xilas etmək mümkün olmayıb. Bununla, erkən neonatal ölüm göstəricisi 8,9‰-dən 4,9‰-ə düşüb. Həmçinin, ətraf rayonlardan köçürülən 15 ağır vəziyyətdə doğulan uşaq sağaldılıb.

Quba Regional Perinatal Mərkəzi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ağır vəziyyətdə olan yenidoğulmuşların təxliyəsi üçün nəzərdə tutulan təcili tibbi yardım maşını ilə təchiz olunub. Bu maşınla indiyədək üç yenidoğulmuş cərrahi patologiyalarla Elmi Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner