Banner
Banner

Xəbərlər

İcbari tibbi sığorta ilə bütün - BU TIBBI XİDMƏTLƏR PULSUZDUR – TAM SİYAHI

İcbari tibbi sığorta ilə bütün - BU TIBBI XİDMƏTLƏR PULSUZDUR – TAM SİYAHI
00:22 26 Fev 2021

Azərbaycanın böyük hissəsində icbari tibbi sığorta tətbiq edilir. Aprelin 1-dən etibarən isə Bakı, Sumqayət və Abşeron da tibbi sığorta ilə əhatə ediləcək.

Tibb.fed.az xəbər verir ki, icbari tibbi sığorta çərçivəsində müəyyən edilmiş Xidmətlər Zərfinə daxil olan xidmətlər vətəndaşlara pulsuz göstəriləcək.

Xidmətlər Zərfi vətəndaşlara pulsuz şəkildə təqdim olunan müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin ümumi siyahısıdır.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

•           Təcili və təxirəsalınmaz tibbi yardım;

•           İlkin səhiyyə xidməti;

•           Ambulator xidmət;

•           Stasionar xidmət;

•           Funksional-diaqnostik və laborator müayinələr;

•           Fizioterapevtik xidmətlər;

•           Cərrahi əməliyyatlar ( o cümlədən həyati vacib-dəyəri yüksək əməliyyatlar) ;

Xidmətlər Zərfinə ümumilikdə 2 550 minə yaxın xidmət aiddir. Bu xidmətlər və onların tarifləri Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib.

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin – SİYAHISI VƏ TARİFLƏRİ

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner