Banner
Banner

Xəbərlər

Hər ay 1000-dən çox  uşaqla bağlı Uşaq Psixonevroloji Mərkəzə müraciət edilir - AÇIQLAMA

Hər ay 1000-dən çox  uşaqla bağlı Uşaq Psixonevroloji Mərkəzə müraciət edilir - AÇIQLAMA
12:42 29 Aprel 2021

“Ay ərzində mindən çox uşaq mərkəzimizə gəlir”.

Tibb.fed.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova məlumat açıqlayıb. Onun sözlərinə görə, hazırda müəssisədə körpələr evi şöbəsində 25 uşaq müalicə alır və yaşayır. Ümumilikdə ambulator olaraq mərkəzə müraciət edənlərin sayı bu ay üçün 230 yeni gəliş olub. Ümumi gəlişlərin sayı isə ay ərzində 1000-i keçib.

Mərkəzdə müxtəlif psixonevroloji pozuntudan əziyyət çəkən 14 yaşınadək uşaqların müayinə və müalicəsi aparılır. Burada hidrosefaliya, mikrosefaliya, uşaq serebral iflici, epilepsiya, autizm, psixofiziki inkişafın müxtəlif tipli ləngimələri, həyəcan pozuntusundan, depresiv pozuntudan və s. xəstəliklərdən əziyyət çəkən uşaqlara müasir səviyyəli diaqnostik, müalicə profilaktik, ixtisaslaşdırılmış tibbi yardım və kompleks reabilitasiya tədbirləri təşkil edilib.

Qeyd edək ki, müəssisə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Vaxtı ilə körpələr evi kimi fəaliyyətə başlamış, sonradan Psixonevrolji Uşaq evinin bazasında 100 çarpayılıq psixonevroloji uşaq şöbəsi yaradılıb. 2009-2019-cu illər ərzində Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi və iştirakı ilə "körpələr evinin" köhnə tikilisinin yerində 5 mərtəbəli "Uşaq Psixonevroloji Mərkəzi" və tərkibində 2 mərtəbəli akt zalı olan yeni tikili inşa edilib. 2020-ci ildən yeni əsaslarla fəaliyyətə başlayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner