Banner
Banner

Xəbərlər

Həkimlərin biri vətəndaşları, o biri isə səlahiyyətliləri qinadı: nə baş verir? – NARAZILIQLAR MƏTBUATDA

Həkimlərin biri vətəndaşları, o biri isə səlahiyyətliləri qinadı: nə baş verir? – NARAZILIQLAR MƏTBUATDA
14:17 11 Aprel 2021

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin COVİD-19-ə yoluxma şübhəsiylə bağlı vətəndaşların təcili tibbi yardım çağırmasına narazılığı həmkarı tərəfindən ciddi qınaqla qarşılanıb.

Tibb.fed.az bildirir ki, iki gün əvvəl Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev hərarəti 38-ə çatmadığı halda, təcili tibbi yardım çağıran xəstəni ağır xəstənin haqqına girməkdə ittiham etmişdi: “Digər tərəfdən diaqnoz məqsədilə təcili tibbi yardım çağırılması harada görülüb? Axı analiz götürmək təcili tibbi yardımın vəzifə borcu deyil”.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev COVİD-lə mübarizədə iştirak edən tibb işçilərinin əmək haqlarının  verilməməsini də haqqa girmək kimi dəyərləndirib: “Təcili tibbi yardımın baş həkimi deyir ki, yüngül xəstə çağırış edib ağır xəstənin haqqına girir. Bəs görəsən gecə-gündüz həyatını riskə ataraq xalqa xidmət edən təcili yardım işçilərinin covid pullarını verməmək onların haqqına girmək deyil? Yox əgər deyəcəksizsə ki, covid pullarını biz vermirik, onda sizin o işçiləri covid üçün işlətməyə də haqqınız çatmır!”Radioloq həkim bir neçə gün əvvəl koronavirusla mübarizə aparan həkim və tibb bacılarının fevral və mart ayları üçün əlavə əmək haqlarının ödənmədiyini açıqlamışdı.

Həkimlərin biri vətəndaşları, o biri isə səlahiyyətliləri qinadı: nə baş verir? – NARAZILIQLAR MƏTBUATDA | Tibb FED.AZHəkimlərin biri vətəndaşları, o biri isə səlahiyyətliləri qinadı: nə baş verir? – NARAZILIQLAR MƏTBUATDA | Tibb FED.AZHəkimlərin biri vətəndaşları, o biri isə səlahiyyətliləri qinadı: nə baş verir? – NARAZILIQLAR MƏTBUATDA | Tibb FED.AZ
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner