Banner
Banner

Xəbərlər

“Həkimləri getməyə vadar etməyin”. Tibb Universitetinin şöbə müdirindən – XƏBƏRDARLIQ 

“Həkimləri getməyə vadar etməyin”. Tibb Universitetinin şöbə müdirindən – XƏBƏRDARLIQ 
13:24 4 Aprel 2021

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev  icbari tibbi sığortanın həkimlərin və digər tibb işçilərinin bütün zəruri təlabatını təmin etməli olduğunu bildirib.

Tibb.fed.az bu barədə şöbə müdirinin sosial şəbəkədəki paylaşımına istinad edir. Aydın Əliyev əks halda savadlı və ağıllı həkimlərin və digər tibb işçilərinin özəl sektora və xarici ölkələrə gedəcəy ilə bağlı xəbərdarlıq edib. “Həkimlərimiz getmək məcburiyyətində qalacaqlar. Necə ki, gedirlər! Ağıllı baş hər zaman çıxış yolu tapır! Gözəl güllər münbit şəraitdə açılır və keyfiyyətli meyvə verən ağaclar münbit şəraitdə yetişir!” 

Tibb Universitetinin şöbə müdirinin sözlərinə görə, icbari tibbi sığorta və səhiyyə idarəçiləri həkimləri və digər tibb işçilərini normal maaşla, mənzillə və digər həyat üçün zəruri vasitələrlə təmin etməlidir ki, həkim və digər tibb işçiləri xəstələrə pul gözü ilə baxmasın, işinə yaradıcı yanaşsınlar. “Əks halda bu sistem işləməyəcək! Göstərgəlikdən, plan doldurmaq və ucuz reklam düşüncəsindən çıxmalıyıq!”

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner