Banner
Banner

Xəbərlər

Həkimlər koronavirusla bağlı vəziyyətdən – CİDDİ NARAHATDIRLAR

Həkimlər koronavirusla bağlı vəziyyətdən – CİDDİ NARAHATDIRLAR
12:50 10 Aprel 2021

“İstər ölkə üzrə əhali sayına, istərsə də xəstələrin sayına düşən ölüm hallarının başqa ölkələrə nisbətən yüksək olması faktından narahatlıq ifadə edir”.

Tibb.fed.az bildirir ki, Azərbaycan Həkimləri İctimai Birliyi belə  bəyanatla çıxış edib. Bəyanatda ölkəmizdə COVID-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğasının yaşandığı vurğulanır. COVID-19-a yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yarandığı, 2-ci dalğada ortaya çıxan çətinliklərin indi də hiss olunmaqda olduğu qeyd edilir. Birlik yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kimi kütləvi testləşdirmənin aparılmasını, test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamasını, müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyinin təmin edilməsini zəruri sayır.

Azərbaycan Həkimləri İctimai Birliyi həmçinin COVID-19-dan dünyasını dəyişən tibb işçilərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə kompensasiyaların verilməsi ilə bağlı hökuməti təcili tədbirlər görməyə çağırıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner