Banner
Banner

Xəbərlər

Həkimlər icbari tibbi sığorta istifadəçilərindən - NARAZIDIR

Həkimlər icbari tibbi sığorta istifadəçilərindən - NARAZIDIR
16:21 9 Aprel 2021

Azərbaycan Tibb Universitetinin Cərrahi Klinikası, Radiologiya şöbəsinin müdiri Uzman Dr.Rasim Bayramov bildirib ki, pasiyentlərin icbari tibbi sığorta və ondan istifadə barədə bilgiləri azdır. Buna görə də bəzi hallarda pasiyentlər həkimlərə və tibb personalına gərginliklər yaşadırlar.

Tibb.fed.az tanınmış radioloqun bu məsələylə bağlı açıqlamasını təqdim edir:  “Bir neçə il əvvəl İcbari Sığorta rayonların birində ilk dəfə pilot layihə kimi tətbiq olunmuşdu. Həmin rayondan bir qadın, səhəri günü bizim xəstəxanaya gəlmişdi. Bir baxdıq ki, kimsə yumruqla MRT otağının qapısını döyüb qışqırır: "Açın qapını, MRT elətdirəcəm, belə xəstəxana olar? Məni niyə gözlətdirirsiniz?". Soruşduq ki, nə məsələdir? Dedi mən icbari sığortalıyam, MRT keçməliyəm. Nə etdik başa sala bilmədik ki, sığortanız hələ Bakıda keçmir. Axırda məcbur qalıb, öz hesabımıza buna MRT elədik ki, əl çəksin bizdən. Gedəndə də dedi ki, sizin xəstəxananı şikayət edəcəm, məni çox gözlətdiniz”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner